Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Seeds for the Future” proqramı çərçivəsində İKT biliyinə malik ən yaxşı 10 tələbə Çinə 2 həftəlik təlimə göndərilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Çinə səyahət imkanı qazanan tələbələrin adı ADA Universitetində keçirilən final seçimində açıqlanıb.

“Seeds for the Future” proqramına əsasən, dünyanın 200-dən çox ali məktəbində texniki ixtisaslarda təhsil alan və telekommunikasiyalarla maraqlanan ən yaxşı tələbələr Çində “Huawei” şirkətinin baş qərargahında təlim keçirlər. Təlimlərin proqramına Şençjendə informasiya və kommunikasiya texnologiyaları sahəsində nəzəri və praktiki məşğələlərin aparılması, Pekində Çin dilinin və mədəniyyətinin öyrənilməsi daxildir. Tədris kursu imtahanın verilməsi ilə başa çatacaq. İmtahandan sonra tələbələrə sertifikatlar təqdim olunacaq.

Azərbaycanda “Seeds for the Future” təşəbbüsü 2016-cı ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir. 2016-cı ildə baş tutan ilk təlimlərdə Naxçıvandan 6 tələbə iştirak edib. 2017-ci ildə isə Çinə getmək imkanı əldə edən tələbələrin sayı 10-a çatıb.

15 ildir Azərbaycanda təmsil olunan “Huawei” şirkəti 2000-ə qədər insanı işə cəlb edib. Ölkənin sosial həyatında iştirak edən şirkət “Gözəl Azərbaycan” sosial layihəsini həyata keçirir. Bu layihə dörd komponentdən ibarətdir – “Gözəl ağıllar”, “Gözəl mədəniyyət”, “Gözəl insanlar” və “Gözəl təbiət”. Bu layihə Azərbaycanın dünyada daha çox tanıdılması məqsədini daşıyır.