Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Bakcell “ASAN Məktub”dan təşəkkürnamə alıb 

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti “ASAN Məktub” təşəbbüsündə fəal iştirakına görə təşəkkürnamə ilə təltif olunub.  “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək vəcəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. Noyabr ayının 21-də layihənin 3 yaşına həsr edilmiş xüsusi tədbir keçirilib. Tədbirdə bu təşəbbüsə öz dəstək göstərən tərəfdaşlara təşəkkürnamələr təqdim edilib.  “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlayan Bakcell şirkəti davamlı şəkildə “ASAN Məktub” layihəsinə verdiyi dəstəyə görə təşəkkürnamə ilə təltif edilib.  “Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların, inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edərək minlərlə uşağa dəstək göstərib. “ASAN Məktub” layihəsi uşaqları sevindirmək və onların saf arzularını həyata keçirə bilmək bizim üçün bizə daha böyük imkan yaradıb”, deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.  Uşaqların saf arzularını reallığa çevirən “ASAN Məktub” layihəsiwww.asanmektub.az internet səhifəsi vasitəsilə 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların yazdığı məktublar sayta yerləşdirilir və onların istəkləri müxtəlif şirkətlər və xeyirxah vətəndaşlar tərəfindən  gerçəyə çevrilir. Bakcell şirkəti layihəyə həmçinin mobil rabitə dəstəyi göstərir.