Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələb və tövsiyələrinə əsasən, oktyabrın 11-də bütün dünyada olduğu kimi, ölkəmizdə də domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib. Bu texniki əməliyyat uğurla həyata keçirilib. Prosesin ölkəmizdə fəaliyyət göstərən provayderlərə və adi istifadəçilərə heç bir təsiri olmayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yeniləmədən sonra 48 saat ərzində davamlı olaraq sistemin monitorinqi aparılıb və istifadəçilərin resursa daxil olmasında heç bir problem qeydə alınmayıb.

Sözügedən kriptoqrafiya açarları 2010-cu ildə yaradılıb. Təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə cavabdehlik daşıyır. Açarlar hər 5 ildən bir dəyişdirilməli olsa da, 2015-ci ildə bir çox ölkənin provayderlərinin hazırlıqsız olması bu prosesi təxirə salmışdı. Əməliyyat dünyada ilk dəfə olaraq oktyabrın 11-də reallaşdırılıb.

"ICANN"ın məlumatına görə, açarların dəyişdirilməsindən ilk 24 saat ərzində bir neçə ölkədə cüzi problemlər qeydə alınsa da qısa zamanda aradan qaldırılıb.