Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (CCIAF) İdarə Heyətinə üzv seçilib. 

Belə ki, CCIAF-in oktyabrın 5-də keçirilən ümumi yığıncağında Nikolai Beckers Palatanın İdarə Heyətinin 9 üzvündən biri seçilib.

Biznes sahəsinin ən mühüm təşkilatları və tədbirlərində fəal şəkildə iştirak edən “Bakcell” şirkəti ölkənin biznes mühiti və iqtisadiyyatının inkişafına böyük töhfə verməkdə davam edir. Belə təşkilatların biri də “Bakcell”in 2017-ci ildən bəri üzv olduğu Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasıdır. Şirkət CCIAF-in bir neçə uğurlu layihəsinə, o cümlədən da Azərbaycanda ilk dəfə olaraq keçirilmiş “ActInSpace 2018 Azerbaijan” beynəlxalq innovasiya müsabiqəsinə dəstək göstərib.

“Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinə üzv seçildiyim üçün qürur duyuram. Göstərdikləri etimada görə İdarə Heyətinin digər üzvlərinə öz təşəkkürümü bildirirəm. İnanıram ki, biznesin inkişaf etdirilməsi və iş əlaqələrinin yaradılması sahəsində beynəlxalq təcrübəm palatanın fəaliyyətinə töhfə verəcək”, - deyə Nikolai Beckers bildirib.

Qeyd edək ki, Nikolai Beckers “Bakcell” şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-cı ildə təyin olunub. Bundan əvvəl o, Qərbi və Şərqi Avropa və Cənub Şərqi Asiya ölkələrinin qabaqcıl telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

“Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla, ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.bakcell.com internet səhifəsindən və ya 555 əlaqə nömrəsindən əldə etmək olar. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə (012) 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.