Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Nar” sosial media vasitəsilə öz abunəçilərinə müştəri xidmətləri göstərən ən böyük yerli telekommunikasiya şirkətlərindən biridir. Belə ki, mobil operatorun abunəçiləri sosial şəbəkələrdən istifadə etməklə bir çox xidmətlərdən (tarifin dəyişilməsi, internet paketin artırılması, yeni xidmətlərə abunə olma və ya abunəliyin dayandırılması, nömrələr üzərində əməliyyat, gələn zənglər və mesajlar haqqında ətraflı məlumat, telefon, ruter və digər cihazların ayarlarının sazlanması, texniki problemlərin həlli, endirim kampaniyaları, keçirilən müsabiqə və tədbirlərdə iştirak və sair) yararlana bilir.

Sorğuların 25 faizi ilk dəqiqədə, qalan müraciətlərin 83 faizi isə ilk 10 dəqiqə ərzində cavablandırılır. “Nar” abunəçiləri “Facebook”, “Twitter” və “Instagram”, eyni zamanda, elektron poçt və onlayn-çat vasitəsilə öz suallarını ünvanlayır və qısa müddətdə cavab alırlar. Ümumi müraciətlərin 81 faizi “Nar”ın “Facebook” səhifəsinə gəlir.

Abunəçilər bir qayda olaraq hər hansı bir sual yarandıqda Çağrı mərkəzinə müraciət edir. Lakin “Nar” abunəçilərinə alternativ olaraq mobil operatorun sosial media səhifələrində də yüksəkkeyfiyyətli xidmət göstərilir. İstifadəçiləri maraqlandıran suallar qısa müddət ərzində mobil operatorun sosial media komandası tərəfindən cavablandırılır. Abunəçilər vaxtlarına qənaət edərək istənilən zaman və məkanda “Nar” məhsul və xidmətlərinə dair sorğularına ətraflı cavab ala bilir. Bunun üçün onlayn müştəri xidmətinə müraciət etmək yetərlidir.

Rouminqdə olan abunəçilər də “Nar”ın bu unikal fürsətindən faydalanırlar. “Nar” öz abunəçilərinin ünvanladığı müraciətləri operativ şəkildə cavablandırmağa davam edir.

Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı “nar.az” internet səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93 faizini əhatə edir və 7000-dən çox baza stansiyası ilə 2,1 milyondan artıq abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.