Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
1-7 noyabr 2018-ci il
44 (1039)
25-31 oktyabr 2018-ci il
43 (1038)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Bakcell”in yeni kampaniyası abunəçilərə 4G şəbəkəsini sınaqdan keçirmək və yüksəksürətli internet təcrübəsindən yararlanmaq imkanı verəcək.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti ölkənin 16 bölgəsinin sakinlərinə 5 giqabayt həcmində PULSUZ 4G interneti əldə etmək və telekommunikasiya bazarında ən müasir texnologiya və ən yüksək müştəri təcrübəsindən yararlanmaq fürsəti qazandırır.

İlin əvvəlindən görülmüş genişmiqyaslı işlər və yatırılmış irihəcmli investisiyalar nəticəsində “Bakcell” özünün 4G şəbəkəsinin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. “Bakcell” şəbəkəsinin üstünlüyünü 4G xidməti ilə əhatə olunmuş bölgələrin əhalisinə əyani şəkildə təqdim etmək məqsədilə 16 şəhər və rayonda - Oğuz, Ağstafa, Şabran, Qazax, Siyəzən, Ucar, Zaqatala, Lənkəran, Salyan, Qax, Qəbələ, Yevlax, Cəlilabad, Şəki, Şirvan və Saatlıda yaşayan abunəçilərə 5 giqabayt həcmində PULSUZ internetdən istifadə etmək imkanı verilib. Sentyabrın 1-dən 31-dək keçiriləcək bu kampaniyada iştirak etmək üçün abunəçilər, sadəcə, telefonda *304#YES kodunu yığmalı və cihazın ayarlarında 4G/LTE şəbəkəsini şeçməlidir.

Kampaniya zamanı təqdim olunan PULSUZ internet trafikindən istifadə etmək fürsəti hər abunəçiyə yalnız bir dəfə verilir. Kampaniyadan yararlana bilmək üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartla təmin olunmalıdır.

Qeyd edək ki, yuxarıda qeyd olunan bölgələrdə yaşayan “Bakcell” abunəçiləri yaşadıqları əraziyə yaxın olan “Bakcell” Müştəri Xidməti Mərkəzinə və ya “Bakcell”in diler dükanına yaxınlaşıb öz köhnə SİM-kartını yeni 4G SİM-kartı ilə PULSUZ dəyişə bilərlər.

Həmin bölgələrdə yerləşən diler dükanlarının ünvanları ilə https://www.bakcell.com/az/free_5_gb_internet_on_4g_network linki vasitəsilə tanış olmaq olar.

5 giqabayt həcmində PULSUZ internet yalnız “Bakcell”in 4G şəbəkəsində 30 gün ərzində istifadə oluna bilər. Həmçinin hədiyyə 5 giqabayt paketi yalnız yuxarıda qeyd olunan rayon və şəhərlərin ərazisində istifadə oluna bilər. Pulsuz trafik başa çatandan sonra abunəçilər “Bakcell” şirkətinin qiyməti 5 AZN-dən başlayan sərfəli internet paketlərindən birini əldə edib ultra-yüksək sürət və ən yüksəkkeyfiyyətli müştəri təcrübəsindən yararlanmağa davam edə bilərlər. Təqdim olunan internet paketləri barədə ətraflı məlumatı www.bakcell.com səhifəsindən və “Bakcell” şirkətinin “Facebook” və “Instagram” sosial şəbəkələrindəki rəsmi səhifələrindən əldə etmək mümkündür.

4G texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, videozəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumatötürmə şəbəkəsidir. 4G əsasən daha sürətli, rahat və sabit texnologiya deməkdir. “Bakcell” şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smartfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. 2015-ci ildə “Bakcell” şirkəti özünün 4G şəbəkəsində ən son texnoloji yenilik olan LTE “Advanced Carrier Aggregation” (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasının tətbiqi sayəsində saniyədə 225 meqabitədək olan sürətin dəstəklənməsini təmin edib.

“Bakcell” şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla, ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).