Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Hər zaman keyfiyyətli xidməti və sərfəli şərtləri ilə seçilən mobil operator “Nar” korporativ müştəriləri üçün yeni təkliflərini təqdim edir. Müştərilər sərfəli şərtlərlə, smartfon, 4G data modem və portativ internet daşıyıcısı əldə edə bilər.

Korporativ tariflərdən birini seçməklə, müştərilər sərfəli qiymətə yeni model smartfon əldə edə biləcək. Smartfonu əldə etmək üçün bir “Nar” nömrəsinin korporativ tarifdə olması kifayətdir. Təqdim olunan smartfona 1 il müddətində zəmanət verilir.

Daim genişlənən 4G şəbəkəsi ilə “Nar” müştərilərinə hər zaman və hər yerdə yüksəkkeyfiyyətli internetdən istifadə etmək imkanı açır. İnternetdən daimi istifadə edən iş adamları “Nar”ın pulsuz 4G data modem və data nömrələrini əldə edə və 1 il müddətində, xüsusi endirimlə, aylıq 20 giqabayt mobil internetdən yararlana bilər.

“Nar”ın portativ internet daşıyıcısı isə daimi ofisdən istifadə etməyən şirkətlər üçün cəlbedici təklifdir. Belə ki, “WTTx” cihazı (“Wireless To The x”, tərc.: X nöqtəsi ilə naqilsiz əlaqə) vasitəsilə eyni anda 32 cihaz “Nar” şəbəkəsinə qoşularaq internetdən istifadə edə bilər.

Qeyd olunan təkliflər həm yeni qoşulan, həm də mövcud korporativ müştərilər üçün nəzərdə tutulub. Təklifə qoşulmaq və həmçinin əlavə məlumat almaq üçün “Nar” nömrələrindən 789 qısa nömrəsinə zəng edə və ya business-nar@azerfon.az elektron poçtuna yazmaq olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Hazırda “Nar” şəbəkəsi ölkə ərazisinin 93 faizini əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “P3 Communications” tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində “Nar” şəbəkəsi “ən yaxşı mobil zəng xidməti” göstərən şəbəkə olaraq tanınıb.