Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

"Zoodel" elektron ticarət platforması Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birlikdə ölkəmizdə istehsalçılar və distribüterlər üçün geniş aksiyaya başlayır.

AZPROMO-dan bildiriblər ki, aksiya zamanı sahibkarlar Zoodel.com saytında 6 ay pulsuz qeydiyyat və məhsulların təşviqi, eləcə də "ZoodMall" mobil proqramından istifadə imkanı əldə edirlər.

Qeyd edək ki, İsveçrənin "OrientSwiss SA" şirkəti "Zoodel" (B2B) və "ZoodMall" (B2C) elektron ticarət platformalarının layihələrini təbliğ edib. Layihənin məqsədi MDB və İpək Yolu ölkələrinin (Azərbaycan, Gürcüstan, İran, İraq, Qırğızıstan, Monqolustan, Pakistan, Rusiya, Belarus, Tacikistan, Əfqanıstan, Türkmənistan, Türkiyə, Özbəkistan, Çin, Hindistan və Livan) istehsalçıları və distribüterlərinə dəstək verməkdir.

"Zoodel"in rəqiblərindən üstünlüyü İpək Yolu ölkələri üzərində fokuslanması və sahibkarlara təlim, marketinq, ticarət tərəfdaşlarının identifikasiyası, logistika, təhlükəsiz ödənişlər, tenderlər və s. xidmətlərin göstərilməsidir.

"Zoodel" istehsalçılara uğurla idxal və ixrac etməyə kömək edir.

"Zoodmall" 7 ölkənin poçt şəbəkələri ilə birgə işlənmiş mobil proqramdır. Qazaxıstan, İran, Özbəkistan, Gürcüstan, Livan, İraq, Əfqanıstan poçt şəbəkələri vasitəsilə "Zoodmall" istehsalçılara, dilerlərə, pərakəndə satış və distribüter şirkətlərinə məhsullarını satmaq ya almaq imkanı verir.

Sahibkarlar, həmçinin öz məhsullarını aparıcı B2C saytlarına (AliExpress, Ebay, Lazada və s.) yerləşdirə bilərlər.