Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər **** Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb ****
Qəzetin çap variantları
14-20 fevral 2019-cu il
6 (1054)
14-20 fevral 2019-cu il
6 (1054)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti özünün “AppLab” proqramında iştirak edən gənc developerlərin peşəkar inkişafına dəstək göstərmək məqsədilə müxtəlif mövzularda təlimlər keçirir.

Şirkətdən bildirilib ki, gənc developerlər üçün nəzərdə tutulan növbəti təlim müasir dövrün ən aktual mövzulardan olan “Blokçeyn texnologiyası”na həsr olunub. Təlim sessiyası zamanı “AppLab” Mərkəzinin dəstəyi ilə yaradılan müxtəlif IT layihələrin müəllifləri tərəfindən “Blokçeyn” texnologiyasının yerli məhsul və xidmətlərə tətbiq edilməsi imkanları, bu texnologiyanın yeni layihələrin yaradılması və problemlərin həlli üçün yararlı olması məsələləri geniş şəkildə müzakirə edilib.

“Fikrimcə, bu texnologiya hər bir fərd, biznes və ümumilikdə bütün cəmiyyət üçün geniş imkanlar yaradan yeni nəsil texnologiyadır. “Blokçeyn”, həmçinin internet istifadəçilərinin təhlükəsizlik və məxfiliyinin qorunması üçün çox yararlı olacaq”, - deyə “Blutu” layihəsinin təsisçisi Əhməd Xələfbəyli bildirib.

“Blokçeyn” dünyada yeni iqtisadi və ictimai sistemlərin əsasını təşkil etmək potensialına malik həlledici və fundamental texnologiyadır”, - deyə “Bakcell”in mobil əlavələrin inkişaf etdirilməsi üzrə meneceri Orxan Babayev söyləyib.

“Blokçeyn” texnologiyası təkcə maliyyə və IT sahəsi deyil, bir çox sahəyə təsir edə biləcək imkanlara yol açan ən son texnoloji yeniliklərdəndir. Sadə dildə desək, “Blokçeyn” müxtəlif növ məlumatı ehtiva edən ardıcıl bloklar (birləşdirilmiş siyahı) zənciridir.

“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Layihə çərçivəsində yerli gənc developerlər “Applab”da təqdim olunan pulsuz internet, masa və təlim otaqları ilə yanaşı, üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanırlar.

“Bakcell” və “AppLab” proqramının digər tərəfdaşlarından ibarət xüsusi ekspertlər qrupu gənc developerləri öz ideyalarını yerli və beynəlxalq bazarlarda rəqabət apara biləcək yeni məhsul və ya xidmətlərə çevirmək üçün tələb olunan araşdırma və məsləhətlərlə təmin edilirlər.