Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti korporativ abunəçilər üçün xüsusi smartfon kampaniyasına başlayıb.

Şirkətdən bildirilib ki, yeni korporativ müştəriləri “Bakcell biznes” ailəsində səmimiyyətlə qarşılamaq və mövcud korporativ müştəriləri əlavə imtiyazlarla təmin etmək məqsədilə “Bakcell” onlara ən son model smartfonları hissə-hissə ödənişlə əldə etmək fürsəti verir. Belə ki, korporativ müştərilər ayda cəmi 79 manatdan başlayan (smartfonun modelindən asılı olaraq) qiymətlərlə “Bakcell”dən ən son model “Apple” (iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus və iPhone X) və “Samsung” (Galaxy S8, Galaxy S8 Plus və Galaxy Note 8) smartfonlarına sahib ola bilərlər. Smartfonların dəyərini müştərinin seçimindən asılı olaraq 12, 18 və 24 ay ərzində ödəmək mümkündür. Bunun üçün heç bir ilkin ödəniş tələb olunmur və aylıq ödənişin məbləği cihazin modeli və hissə-hissə ödənişin müddətindən asılıdır. Üstəlik, ən son model cihazları əldə etmiş korporativ abunəçilərə “Bakcell”dən şəbəkədaxili zənglər üçün 3000 dəqiqə, şəbəkəxarici zənglər üçün 1000 dəqiqə, 5 giqabayt internet və hətta beynəlxalq zənglər üçün 10 dəqiqədən ibarət xüsusi aylıq paket təqdim olunur. Bundan əlavə, bu misilsiz fürsətdən yararlanan abunəçilər “WhatsApp” əlavəsindən pulsuz istifadə edəcəklər.

İyirmi ildən çoxdur ki Azərbaycanda fəaliyyət göstərən “Bakcell” şirkəti hazırda müxtəlif sahələri təmsil edən 1800-dən artıq korporativ müştəriyə xidmət edir. “Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara istənilən növ mobil telekommunikasiya xidməti göstərməyə hazırdır. “Bakcell” özünün korporativ abunəçilərinə daha təhlükəsiz və etibarlı rabitə təqdim etməklə, daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərir.

Qeyd edək ki, bu kampaniya xüsusi olaraq “Bakcell”in yeni və mövcud korporativ “Biznes” abunəçiləri üçün yaradılıb. “Bakcell biznes” abunəçiləri müvafiq nümayəndələrlə (kuratorlarla) əlaqə saxlayıb bu kampaniyadan yararlana bilərlər. Kampaniyaya və “Bakcell” ailəsinə qoşulmaq istəyən şirkət və qurumlar isə (012) 498 89 89 nömrəsinə zəng etməklə və ya business@bakcell.com elektron ünvanına məktub göndərməklə “Bakcell biznes” ailəsinə qoşulmaq, misilsiz biznes tarif paketləri, təkliflər və kampaniyalardan yararlanmaq imkanları barədə ətraflı məlumat ala bilərlər.