Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Bakcell Stars” xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanlar yaradır.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkətinin Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə uzun müddətdir ki, uğurla davam edən əməkdaşlığı çərçivəsində daha bir layihə - “İncəsənət vasitəsilə ünsiyyət” layihəsi başa çatıb.

Şirkətdən bildirilib ki ,“Bakcell”in həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyətinin prioritet istiqamətlərindən biri də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların yaradılması, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsidir.

2017-ci ilin əvvəlindən başlayaraq, UAFA təşkilatının Xaçmaz, Gəncə və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində dram, rəqs, rəsm və yaradıcılıq dərnəkləri təşkil edilib. Layihə müddətində 150-yə yaxın xüsusi qayğıya ehtiyacı olan uşaq həmin dərnəklərdə yeni bacarıqlar qazanıb, bu bacarıqlarını müxtəlif tədbirlərdə nümayiş etdirməklə, cəmiyyətin fəal və bərabərhüquqlu üzvü olduqlarını bir daha sübut ediblər.

Yasamal İƏR mərkəzindəki Valideyn Birliyinin əlaqələndiricisi Zəhra Xələfova layihə ərzində dərnəklərdən 75 uşağın bəhrələndiyini bildirib: “Onların Müasir İncəsənət Muzeyinin “Sehrli çubuq” layihəsində iştirakı çoxsaylı uğurlarımızdan biridir. Gəncə və Yasamal İƏR mərkəzlərinin rəsm və incəsənət dərnəklərindən bəhrələnən uşaqların çəkdiyi şəkillər bir kitabda toplanıb”.

Bundan başqa, Abdulla Şaiq adına Kukla Teatrının nəzdində “Oyuq” Uşaq Studiyası ilə birgə teatr, rəsm və rəqs dərnəklərinin xidmətlərindən yararlanan uşaqların iştirakı ilə “Sehrli dünya” adlı tamaşa təqdim edilib. Uşaqlar Səbail Rayon İcra Hakimiyyəti və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən tədbirdə də müxtəlif rəqslərlə çıxış ediblər. Bütün bu uğurlar uşaqlar və onların ailə üzvlərinin həyatında xoş və yaddaqalan dəyişikliklər yaradır.

UAFA-nın Xaçmaz və Gəncə İƏR Mərkəzlərində “Xalq yaradıcılığı incəsənət” və “Bacarıqlı əllər” dərnəklərindən 60-a yaxın uşaq bəhrələnir. Layihə çərçivəsində uşaqlar müxtəlif tədbirlərdə kiçik tamaşa, trio, fərdi və ya xor ifasında nəğmələr, rəqslər və şeirlərlə çıxış ediblər. Onlar bu dərnəkdə əlil arabasında, xüsusi avadanlıqlardan istifadə edərək böyük səhnədə ilk addımlarını atıb, körpə yaşlarından cəmiyyətə inteqrasiya olmağa bacarıblar. Həmin dərnək vasitəsilə uşaqlar nitq mədəniyyəti, səhnə davranışı, yerimə, danışıq qaydası, səhnədə plastik hərəkətlər, musiqi alətlərində ifa etmək kimi bacarıqlar əldə ediblər. Həmçinin parça qırıqlarından mərkəzdə istifadə üçün vacib olan müxtəlif növ sensor oyuncaqlar, vəsaitlər, rəsmlər və əl işləri hazırlayıblar.

“Biz inanırıq ki, bu uşaqlar cəmiyyətin bərabərhüquqlu üzvləridir. Onlarda özünə inam hissini formalaşdırmaq və bu uşaqları sərbəst həyata hazırlamaq əhəmiyyətlidir. “Bakcell Stars” layihəsi vasitəsilə bu uşaqlar üçün əlavə imkanlar yaradılır, onlar gələcəyə doğru daha inamla irəliləyir, cəmiyyətin ayrılmaz hissəsi olduqlarını anlayırlar. Uşaqlara dəstək olmağımıza imkan yaratdıqları üçün onların valideynlərinə və UAFA təşkilatına təşəkkürümüzü bildirir və inanırıq ki, bu istiqamətdə birgə uğurlu fəaliyyətimiz davam edəcək”, - deyə “Bakcell” şirkətinin PR və Korporativ Kommunikasiya Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

2010-cu ildən etibarən “Bakcell” şirkəti davamlı olaraq UAFA İcma Əsaslı Reabilitasiya mərkəzlərinin xidmətlərindən bəhrələnən və xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləməklə, onlar üçün bərabər hüquq və imkanların yaradılması, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarını təmin etməyə çalışır. Bu layihə uşaqların və onların valideynlərinin cəmiyyətdə daha fəal olmasına, yeni dostlar qazanmasına, müxtəlif insanlarla ünsiyyətdə olmasına yardımçı olur, bütün bunlar isə öz növbəsində cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir.