Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər **** Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb ****
Qəzetin çap variantları
14-20 fevral 2019-cu il
6 (1054)
14-20 fevral 2019-cu il
6 (1054)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yanında Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) ilk antivirus proqramının hazırlanması üzrə işlərin birinci mərhələsini başa çatdırıb.

Bu barədə CERT-dən məlumat verilib.

Bildirilir ki, proqram “Team Cymru” tərəfindən həyata keçirilən zərərli proqramlar bazası üzrə axtarış və digər funksiyalarla təmin olunub: “Layihə üzərində iş nəzərdə tutulduğundan daha çətin alındı. Artıq birinci mərhələ başa çatıb. Amma proqramın beta versiyasını təqdim etmək üçün bir qədər vaxt tələb olunacaq”.

Qeyd edək ki, zərərli kompüter proqramlarının çoxfunksiyalı təhlili proqramı (Multifunctional Analysis Program - MAP) üzərində iş 2015-ci ildən başlayıb. Proqramın interfeysi 3 dildə - Azərbaycan, rus və ingilis dillərində olacaq. Antivirus proqramının yaradılması CERT-in prioritet planlarından biridir.