Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti "Bakutel-2017" sərgisində quraşdırılmış stendində Azərbaycanda ilk dəfə olaraq 4.5G Pro texnologiyasının imkanlarını və 5G texnologiyasına hazırlığı nümayiş etdirir.

Şirkətdən bildirilib ki, texnoloji innovasiyalar sahəsində liderliyi ilə məşhur olan "Bakcell" həmişəki kimi bu il də ən qabaqcıl və müasir texnoloji nailiyyətləri nümayiş etdirməklə, sərgiyə gələn ziyarətçiləri heyrətləndirəcək və onlara unudulmaz təəssüratlar bağışlayır. "Bakcell" şirkətinin stendində "Nokia" şirkəti ilə birgə quraşdırılmış "5G-yə doğru" adlı guşədə ziyarətçilər ən yeni 4.5G Pro texnologiyasını öz gözləri ilə görə və hətta ilkin LTE texnologiyasından 10 dəfə daha yüksək olan sürəti müşahidə edə biləcəklər.

"Bakcell" və "Nokia" şirkətlərinin birgə təqdim etdiyi bu nümayişdə 1 Gb/saniyəyədək fantastik sürət sərgilənir. Beləliklə, "Bakutel-2017" sərgisində "Bakcell" stendinin ziyarətçiləri "Robot Automation Latency" nümayişi ilə yanaşı, Azərbaycanda indiyədək görünməmiş 5G-yə hazırlığı və 4.5G Pro texnologiyasının sürətini görmək imkanına malik olacaqlar.

"Ultra-yüksək sürətli genişzolaqlı mobil rabitə xidmətlərinə olan tələbatda eksponensial artımı, habelə böyük həcmlərdə məlumat mübadiləsini tələb edən tətbiqlərdən istifadənin yüksək templərlə artdığını nəzərə alaraq, "Bakcell" şirkəti öz şəbəkəsinə böyük həcmdə investisiya qoyuluşlarını və dünya bazarında mövcud olan ən son texnologiyaların tətbiq edilməsini davam etdirir. Gələcək istifadəçilərin böyük data həcmlərini emal etməyə gücü çatan daha yüksəktutumlu və buraxılış qabiliyyətli şəbəkəyə ehtiyacı olacaq. Buna görə də, innovasiyalar sahəsində lider mövqeyimizi qoruyub saxlamaq üçün biz indidən əmin olmaq istəyirik ki, bazarda bu cür texnologiyalara tələbat yarandığı zaman bizim şəbəkəmiz 4.5G Pro və hətta 5G texnologiyasını dəstəkləməyə hazır olsun", - deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

5G-yə hazırlığın nümayişində gələcəkdə bütün proseslərin avtomatlaşdırılması ilə yanaşı sürətli, effektiv və intellektual rabitənin təmin olunmasında aşağı gecikmə müddətinin əhəmiyyəti diqqətə çatdırılır. Qonaqlar 1 Gb/saniyəyədək inanılmaz internet sürətini müşahidə edə və robot şousuna baxıb əylənə biləcəklər.

"Bakcell" şirkəti "Bakutel-2017" sərgisinin bütün ziyarətçilərini öz sərgi stendinə, mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə etməyə dəvət edir.

Qeyd edək ki, "Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. "Bakcell" Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan "Bakcell" ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil olmaq və ya 555-ə zəng etmək lazımdır.