Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Microsoft” korporasiyası dekabrın 5-dən 8-dək Bakıda keçiriləcək XXIII “Bakutel” informasiya-kommunikasiya texnologiyaları sərgisi çərçivəsində sərgi və konfransında (“Bakutel 2017”) bir sıra innovativ texnologiyalar nümayiş etdirəcək.

Şirkətdən bildirilib ki, korporasiyanın bu tədbirdə iştirakının əsas məqsədi müxtəlif sahələrdə “Microsoft”un bazasında hazırlanmış innovativ texnologiyaları geniş insan kütləsinə təqdim etməkdir. Lakin bu il “Microsoft”un stendində xarici innovasiyaların və onların imkanlarının nümayişi ilə yanaşı, Azərbaycanın yerli startapları da təqdim olunacaq.

“Bizim Azərbaycandakı missiyamız – yüksək nailiyyətlər əldə etmək üçün hər bir insanın və təşkilatın imkanlarını genişləndirməkdir. “Microsoft”un “Bakutel 2017” sərgisində əsas hədəfi geniş kütləni qlobal texnoloji innovasiyalar barədə məlumatdırmaq və Azərbaycan şirkətlərinə ölkə iqtisadiyyatının gələcək inkişafına təkan verəcək layihələri nümayiş etdirmək imkanı yaratmaqdır. Məsələn, biz yeni musiqi layihəsi ilə əməkdaşlıqdan fəxr edirik”, - deyə “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

“Microsoft”un stendi 4 zonaya bölünəcək. Birinci zona təhsil sahəsinə aid olacaq ki, burada sərgi iştirakçıları təhsil üçün innovasiya həllərinin geniş spektri, o cümlədən məşhur “Minecraft: Education Edition” oyunu ilə tanış ola biləcəklər. Həmin zonada “Microsoft”un “HoloLens” eynəkləri də nümayiş olunacaq ki, bu eynəklər vasitəsilə insan anatomiyasını öyrənmək mümkündür.

İkinci zona səhiyyə sahəsindəki həllərə həsr olunacaq. Məsələn, burada mEMR – “Electronic Medical Record” vasitəsilə pasiyent haqqında məlumatlara sürətli keçid həlli göstəriləcək ki, bu da həkimləri kağız işindən tamamilə azad edəcək.

Üçüncü və dördüncü zonalar “Made in Azerbaijan” adını daşıyır. Burada yerli startap layihələri təqdim olunacaq, musiqi startapı, “hesab.az”, təhsil müəssisələri üçün GRP, “Smart Systems” şirkətindən ağıllı həllər və “Microsoft” şirkətinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlığının nəticələri əksini tapacaq. Dördüncü zonada korporasiya Azərbaycanın innovasiya inkişafına yönələn “DigiGirlz” və “Imagine Cup” kimi layihələri nümayiş etdirəcək.

Qeyd edək ki, “Bakutel 2017” sərgisi İKT sektorunun dünyada son tendensiyalarını, həmçinin bu sahənin Azərbaycanda inkişaf perspektivlərini müzakirə etməyə imkan yaradır.