Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkətinin abunəçiləri artıq ölkə xaricində xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) daha rahat formada geri almaq imkanı qazanıblar.

“Bakcell”dən bildirilib ki, “TaxFree4U” xidməti ilə əməkdaşlıq çərçivəsində Avropa ölkələrinə səfər edən “Bakcell” müştəriləri həmin ölkələrdə alış-veriş zamanı xərclədikləri məbləğin ƏDV-ni geri almaq üçün xüsusi mobil əlavədən istifadə edə bilərlər. “Bakcell TaxFree4U” mobil əlavəsi sayəsində, həmin əlavə vasitəsilə qeydiyyata alınan xərclər üçün bəyannamə doldurmağa və yaxud bir neçə yerdə növbədə durmağa ehtiyac olmayacaq. Proqramın digər üstün cəhəti ondan ibarətdir ki, abunəçilər sadəcə tərəfdaş mağazalar şəbəkəsində edilən alış-verişə görə deyil, ƏDV ödəyicisi olan bütün ticarət obyektlərində edilən alış-verişə görə ödənmiş məbləğin də ƏDV hissəsini geri alacaqlar.

“Bakcell” abunəçiləri mobil telefonlarına “Bakcell TaxFree4U” mobil əlavəsini yüklədikdən sonra Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və ya Böyük Britaniyada olarkən etdikləri xərcləri bu proqrama asanlıqla daxil edə və xərclədikləri ümumi məbləğin 19 faizinə qədərini geri ala bilərlər.

Azərbaycan, ingilis və rus dillərində təqdim edilən mobil əlavə bütün “Bakcell” abunəçiləri üçün nəzərdə tutulub.

“Bakcell TaxFree4U” mobil əlavəsini “AppStore” və ya “GooglePlay” vasitəsilə yükləmək olar. Qeydiyyatdan keçmək üçün 5678 qısa nömrəsinə SMS yollamaq yetərlidir.