Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Azərbaycanın İlk mobil operatorlarından biri və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti 18-25 yaşında gənclərə, tələbə və məzunlara “Smart Start” təcrübə proqramına qoşulmağı təklif edir.

Şirkətdən  bildiriblər ki, tələbə və məzunlar üçün nəzərdə tutulmuş iki aylıq proqramın məqsədi karyerasında ilk addımlarını atmağa başlayan gəncləri Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək, praktiki biliklər aşılamaq və işə hazırlıq bacarıqlarını artırmaqdır.

Seçimdə uğur qazanan namizədlərə satış və marketinq sahəsində 2 ay müddətində təcrübə keçmək imkanı yaradılacaq. Təcrübə müddətində gənclər şirkətin mütəxəssisləri arasından seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini, öyrənir, eyni zamanda, karyera planlaşdırılması, biznes etikasi, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə iştirak edirlər.

Təcrübə müddətində iştirakçılara “Bakcell” tərəfindən müvafiq təqaüd veriləcək. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləndiriləcək və onlara layihədə iştirak etdiklərini təsdiqləyən sertifikat veriləcək.

“Smart Start” haqqında http://developtalent.bakcell.com/az  səhifəsində ətraflı məlumatı almaq və proqramda iştirak üçün mayın 15-dək müraciət göndərmək olar.

Qeyd edək ki, 2014-cü ildən etibarən “Smart Start” təcrübə proqramında iştirak etmək üçün 5500-dən çox müraciət daxil olub. Onlardan 85 nəfər seçimdən uğurla keçərək proqramda iştirak edib. Proqramda iştirak zamanı yüksək nəticələr nümayiş etdirən məzunlardan 16 nəfər “Bakcell” şirkəti tərəfindən, 19 nəfər isə başqa şirkətlər tərəfindən işlə təmin olunub. Digər 50 nəfər isə yerli və xarici universitetlərdə təhsillərini davam etdirirlər.