Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Elektron hökumət” portalının operatoru - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Elektron Hökumət Təlim-Tədris Mərkəzi ilə birgə tələbələr üçün növbəti seminar keçirib.

Seminarlar gələcək mütəxəssisləri İKT sahəsində karyera seçimləri, həmçinin “Elektron hökumət”, elektron xidmətlər, elektron imza, elektron sənəd və sair barədə məlumatlandırmaq məqsədi daşıyır.

Portaldan bildirilib ki, növbəti dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri üçün keçirilən seminarda universitetin kompüter mərkəzinin direktoru İlham Əhmədov bütün dünyada olduğu kimi, ölkəmizdə də İKT sahəsinə xüsusi önəm verildiyini bildirib. O, ölkədə İKT-nin sosial sahəyə tətbiqinin 2003-2012-ci illəri əhatə edən Milli Strategiyadan başladığını vurğulayıb.

Elektron Hökumət Təlim-Tədris Mərkəzinin (EHTTM) direktor vəzifəsini icra edən Rauf Cabbarov da informasiya texnologiyaları sahəsinin malik olduğu üstünlüklər və bu sahənin inkişafı üzrə proqnozlardan söz açıb. R.Cabbarov EHTTM-nin bu istiqamətdə fəaliyyəti, o cümlədən həyata keçirdiyi layihələr haqda ətraflı məlumat verib.

Sonra Məlumat Hesablama Mərkəzinin mühəndisi Elvin Cəfərli portalın yaradılması, inkişafı və vətəndaşlara təqdim etdiyi xidmətlərdən danışıb. Elektron sənəd mübadiləsindən söz açan mütəxəssis elektron imzanın üstünlükləri barədə gənclərə məlumat verib.

Mövzular üzrə müxtəlif təqdimatlarla davam edən seminarda suallar cavablandırılıb, müzakirələr aparılıb.