Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Azərbaycanda mobil internetdən istifadənin həcmi artıb.

Bu ilin birinci rübündə internetə daxil olmaq üçün mobil cihazlardan istifadə 57,49 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,41 faiz çoxdur. Dünya üzrə bu göstərici 2017-ci ilin ilk üç ayında 55,05 faizə bərabər olub. Ümumilikdə Azərbaycanda mobil cihazlardan internetə daxilolmalar 2016-cı ildə 52,03 faiz təşkil edib. Yalnız bu ilin martında isə mobil cihazların payı 58,25 faizə çatıb.

Eyni zamanda Azərbaycan bazarında mobil əməliyyat sistemlərinin mövqeləri də məlum olub. Belə ki, ötən ilin ilk rübü ilə nisbətdə bu il Android əməliyyat sisteminin mövqeləri 5 faizdən çox artaraq 76,13 faiz olub. Apple şirkətinin iOS sistemi isə 1,14 faiz geriləyərək 16,52 faizlə ikinci olub. Həmçinin mobil cihazlar üçün Windows sistemi də əvvəlki mövqelərini itirməkdə davam edir.

Mobil cihazlar və kompüter vasitəsilə sosial mediadan istifadəyə gəlincə bu ilin ilk 3 ayında ötən ilin həmin dövrü ilə müqayisədə azalma olub. Belə ki, ötən ilin birinci rübündə mobil cihazlarla Facebook-dan istifadə 94,12 faiz idisə, bu il həmin göstərici 89,55 faizə düşüb. Eyni vəziyyət bu ilin fevral və mart ayları ilə müqayisədə də müşahidə olunur. Fevralda həm mobil, həm də kompüter vasitəsilə Facebook-da fəallıq 83,61 faiz, martda isə 74,96 faiz olub. Lakin Twitter, İnstagram və Pinterest sosial şəbəkələrində artım qeydə alınıb.

Qeyd edək ki, bu il martın 31-nə olan vəziyyətə əsasən, Azərbaycanda internet istifadəçilərinin sayı 7 milyon 531 mindən artıq olub. Bu barədə İnternet Word Stats təşkilatının son hesabatında qeyd olunur. Statistikaya əsasən, ötən ilin iyunundan indiyədək 1,5 milyondan çox artım qeydə alınıb. Azərbaycan əhalisinin 75,5 faizi internetlə əhatə olunub.