Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) sabit (stasionar) telefon xidməti üzrə “öncədən ödəmə” sisteminin tətbiqinə başlayıb.

BTRİB-dən  bildirilib ki, “öncədən ödəmə” sistemi göstərilən xidmətlərə görə sonradan ödəniş edən abunəçilərin debitor borcunun yaranmasının qarşısını alacaq, müvafiq qaydada öncədən ödənilən məbləğə uyğun xidmətin verilməsini təmin edəcək. Bu da müxtəlif səbəblərdən ünvanı tərk edən və ya abunə haqqını ödəyə bilməyən istifadəçilərin borclanması kimi problemləri aradan qaldıracaq.

Artıq martın 1-dən etibarən sabit (stasionar) telefon istifadəçiləri hər ayın 5-dək telefon borcunu öncədən ödəməli olacaqlar. Ödəniş edilmədiyi təqdirdə, ayın 6-dan etibarən 101, 102, 103 və 112 qısa nömrələrə zəng imkanı istisna olmaqla, xidmət birtərəfli qaydada dayandırılacaq və abunəçilər yalnız daxil olan zəngləri qəbul edə biləcəklər. Sonrakı bir ay ərzində borc ödənilmədiyi halda, abunəçiyə əlavə borc yazılmaması üçün telefon şəbəkədən çıxarılacaq.

Şəbəkədən çıxarıldıqdan sonra, iki ay ərzində (borcun yaranmasından 4 ay) abunəçi iki ayın abunə və istifadə edilmiş xidmətlərin haqqını ödəyərək telefon xidmətini bərpa edə bilər. Əks halda, abunəçi ilə bağlanan müqaviləyə xitam veriləcək. Əgər abunəçi telefon xidməti üçün müraciət edərsə, telefon çəkilişi tarifinə uyğun olaraq ödəniş (30 manat) etməli olacaq.

Müqaviləyə xitam verildikdən sonra 2 ay ərzində nömrə digər abunəçilərə satılmır, yəni həmin müddətdə yenidən müraciət edən abunəçi əvvəlki nömrəsini əldə edə bilər. Beləliklə, BTRİB abunə haqqını ödəməyən abunəçiyə yarım il müddətində 2 aylıq abunə haqqını və istifadə etdiyi xidmətlərə görə ödəniş edərək telefondan yenidən istifadə imkanı yaradır.

Qeyd edək ki, BTRİB 2016-cı ilin noyabr ayından internet və İPTV xidmətləri üçün “öncədən ödəmə” sistemini tətbiq edir.

Telefon, internet və İPTV xidmətləri üzrə aylıq abunə haqlarını onlayn və ödəmə terminalları vasitəsilə ödəmək mümkündür.

BTRİB dövlət və idarəetmə orqanlarını, fiziki və hüquqi şəxsləri stasionar, CDMA, İP telefon rabitəsi xidmətləri ilə təmin edir.