Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Bakcell şirkəti əvvəlcədən ödənilmiş “Prepaid” tariflərindən istifadə edən bütün mövcud və yeni abunəçilərinə “facebook”a pulsuz giriş imkanı təklif edir.

Şirkətdən bildirilib ki, bundan sonra “facebook” tətbiqinə pulsuz giriş imkanını qazanan “Bakcell” abunəçiləri heç bir əlavə xərc çəkmədən “facebook“da dostlarının şərhlərini oxuya, öz şərhlərini verə, onları bəyənə və paylaşa, şəkillər yükləyə, videolara baxıb paylaşa, habelə “FB messenger” tətbiqi vasitəsilə mesajlaşa, fayl və fotoşəkilləri paylaşa biləcəklər.

Bu kampaniyaya qoşulmaq üçün “Bakcell” abunəçiləri sadəcə *515#1#YES abunə kodunu yığaraq pulsuz “facebook”dan 6 ay faydalana bilərlər. Kampaniyaya qoşulma da pulsuzdur.

Kampaniyaya qoşulan abunəçilər dərhal “facebook” tətbiqindən 7 günlük pulsuz istifadə etmək imkanına malik olurlar. Yeddigünlük sınaq istifadə müddətindən sonra abunəçi bu tətbiqdən pulsuz istifadəni davam etdirmək üçün öz nömrəsinin balansına vəsait yükləməlidir.

Abunəçi öz nömrəsinin balansına hər həftə birdəfəlik ən azı 3 manat yüklədikdə 7 gün, hər ay birdəfəlik 8 manat və ya daha artıq vəsait yüklədikdə isə 30 gün müddətində “facebook”dan pulsuz istifadə imkanı qazanır.

Cari ilin ortalarında bölgələrdə yaşayan “DogmaCİN” tarifinin abunəçilərinə təqdim edilmiş “facebook”a pulsuz giriş təklifinin şərtləri isə dəyişməz olaraq qalır. “Facebook“a 1 həftəlik pulsuz giriş imkanı qazanmaq üçün nömrənin balansına 2 manat, 1 aylıq pulsuz istifadə üçün isə ən azı beş manat vəsait yüklənməlidir.

“Facebook” mobil tətbiqi üzərindən bütün digər səhifələrə keçidlərə, eləcə də “facebook messenger” vasitəsilə edilən səsli və videozənglərə görə məbləğ müştərinin cari tarifinə uyğun olaraq tutulacaq və ya müştərinin mövcud internet paketindən çıxılacaq.