Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Twitter”də yaranan problem mikrobloqlar şəbəkəsinin Azərbaycan seqmenti ilə əlaqəli deyil.

Nazirlikdən verilən məlumata görə, bu gün səhər saatlarında, Bakı vaxtı ilə saat 10:07 radələrində "Twitter" mikrobloqlar şəbəkəsində qeydə alınan nasazlıq Azərbaycan seqmenti ilə əlaqəli deyil. Sosial şəbəkədə yaranan nasazlıq qlobal xarakter daşıyıb və dünyanın bir çox ölkələrini əhatə edib. www.twitter.com saytında qeydə alınan texniki fasilə ilə bağlı ayrı-ayrı ölkələrin istifadəçiləri tərəfindən yaradılmış "hashtag"lar top trend olub.

"Twitter"in istifadəçiləri sosial şəbəkənin işində kəsinti olduğu barədə məlumatları paylaşmaqda davam edir.

Məlumata görə, istifadəçilər mikrobloqlar xidmətinin heç bir səhifəsini aça bilmirlər.

Saat 10:15-dən etibarən xidmət yenidən əlçatan olub. "Twitter" rəhbərliyi bu barədə hələ ki heç bir məlumat verməyib.