Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Noyabrın 3-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) Komissiyasının ikinci toplantısı keçirilib.

Toplantıda komissiyanın üzvü qismində Azərbaycanın İKT sahəsində aparıcı şirkətlərinin rəhbərləri, informasiya cəmiyyətinin, yüksək texnologiyalar üzrə ölkəmizin beyin mərkəzlərinin tanınmış nümayəndələri, informasiya texnologiyaları üzrə tanınmış iş adamları iştirak edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının İKT komissiyasının sədri İsmayıl Ələkbərov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan irimiqyaslı islahatlardan danışıb. Komissiya sədri ölkəmizin biliyə və intellektə əsaslanan yeni iqtisadi model əsasında inkişafının vacibliyini vurğulayaraq, fəaliyyətini bu istiqamətdə quran İKT Komissiyasının strategiyası, gələcək iş prinsipləri və fəaliyyət istiqamətləri barədə məlumat verib. Həmçinin komissiyanın ölkəmizdə İKT və rabitə sahəsində fəaliyyət göstərən biznes dairələrini birləşdirən aparıcı platforma olduğunu qeyd edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Yüksək Texnologiyalar Parkı”nın rəhbəri Seymur Ağayev Azərbaycanda regional texnopark yaradılması haqqında məlumat verib. S.Ağayev bildirib ki, Pirallahı texnoparkının yeni konsepti təqdim ediləcək. Texnopark Pirallahı qəsəbəsində inşa olunacaq. Parkın ərazisi üçün 50 hektar torpaq sahəsi ayrılıb. Bu addımın əsas məqsədi regional texnoloji parkın yaradılması və Azərbaycanın bu sahədə regionun aparıcı qüvvəsinə çevrilməsidir. Hazırda park ərazisində infrastruktur və tikintiyə hazırlıq işləri aparılır.

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Azərbaycanda informasiya cəmiyyəti quruculuğu sahəsində həyata keçirilən dövlət siyasətinin məqsədləri və əsas vəzifələri haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması üçün zəruri struktur islahatları aparılıb, müvafiq qanunvericilik bazası və texniki infrastruktur formalaşdırılıb, əlverişli investisiya mühiti yaradılıb. Alim bu istiqamətdə Azərbaycan Sahibkarlar Konfederasiyası ilə AMEA arasında aparılan birgə əməkdaşlığı yüksək qiymətləndirib.

Daha sonra rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində ölkəmizdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən fəaliyyət barədə məlumat verilib. Bu sahədə kiçik və orta sahibkarlığın, startapların inkişafı, habelə ölkəmizin İKT potensialının xarici bazarlara təşviqi üçün yenicə fəaliyyətə başlamış İKT Komissiyasının töhfə verə biləcəyi vurğulanıb.

Toplantıda iştirak edən digər qurumların nümayəndələri tərəfindən çıxışlar edilərək, ölkəmizdə yüksək texnologiyaların, innovasiyaların, startapların inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, İKT-nin inkişafı istiqamətində dövlətin siyasəti, sahibkarlığın inkişafı və işgüzar mühitin yaxşılaşdırılması istiqamətində dövlət-özəl tərəfdaşlığının yaradılmasının vacib olduğu vurğulanıb.

İclasda Azərbaycan İKT Sənayesinin Strateji İnkişaf Planı, Azərbaycanda İKT sahəsində işgüzar dairələri öz sıralarında birləşdirəcək Milli Assosiasiyanın yaradılması, İKT həllərinin və məhsullarının xarici bazarlara ixracının təşviqi, elektron ticarət və qanunvericiliyinin vəziyyəti və əqli mülkiyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Komissiyanın iclasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Məlumat Hesablama Mərkəzinin, AZPROMO-nun, AMEA-nın, “ADA” Universitetinin təmsilçiləri iştirak edib.