Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

"Azercell Telekom” "Stevie” Beynəlxalq Biznes Mükafatı üzrə “İlin telekommunikasiya şirkəti” və "İlin Korporativ Ünsiyyət Departamenti” adlarına, "Azercell”in "Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sumaks” şirkəti isə "İlin Startapı” nominasiyası üzrə gümüş mükafata layiq görülüb. Mükafatın təntənəli təqdimolunma mərasimi İtaliyanın paytaxtı Roma şəhərində keçirilib.

Şirkətdən bildirilib ki, mərasimdə “Azercell Telekom” MMC-nin korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya və “Azercell” innovasiyalar və sahibkarlıq şöbəsinin rəhbəri İmran Bağırov iştirak edib. N.Şıxlinskaya şirkətin əldə etdiyi yüksək nailiyyətlərdə bütün “Azercell” əməkdaşlarının böyük rolu olduğunu vurğulayaraq bildirib ki, şirkət yeni texnologiyalar və innovasiyalar tətbiq etməklə insan həyatını asanlaşdırmağa çalışır. O, həmçinin “Azercell”i və “Barama” mərkəzini 3 nominasiyada seçdiklərinə görə münsiflər heyətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, “Stevie” mükafatı üzrə beynəlxalq münsiflər heyəti "Azercell”in ölkədə keçirdiyi bir sıra əhəmiyyətli layihə və təşəbbüsləri nəzərə alaraq şirkəti mükafatlandırıb. Şuranın rəylərinə əsasən, ölkənin Qərb sərhədlərində hərbi vəziyyətlə əlaqədar "Azercell”in öz abunəçilərini fasiləsiz əlaqə ilə təchiz etməsi və eyni zamanda, gərgin döyüşlərin getdiyi vaxtda bir həftə ərzində ön cəbhəyə yaxın ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsini 30 faiz gücləndirməsi "Azercell” şirkətinin nümunəvi mobil operator olduğunu sübut edir.

"Azercell”in "Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sumaks Startapı” isə Innovativ Avtomaks və məişət proseslərinin idarə edilməsi üzrə layihələrə görə gümüş mükafata layiq görülüb. "Avtomaks” qurğusunun əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona məsafədən nəzarəti həyata keçirmək, iş prosesini asanlaşdırmaqdan ibarətdir.

Xatırladaq ki, dünyanın 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində baş tutan "Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır.

Qeyd edək ki, "Azercell Telekom” 2011-ci ildə sosial məsuliyyət layihələrinə görə "İlin ictimaiyyətlə əlaqələr şirkəti", 2012-ci ildə ətraf mühitin qorunmasına xidmət edən "Karbon kalkulyator" layihəsinə görə "İlin kreativ komandası" nominasiyasında, 2014-cü və 2015-ci illərdə isə “İlin ən yaxşı məhsulu” ("Bölgə" tarifinə görə), “İlin telekommunikasiya şirkəti” (telekommunikasiya sahəsindəki nailiyyətlərə görə), “İlin ən yaxşı müştəri xidməti” (müştəri loyallığı indeksinin ölçülməsinə dair layihəyə görə) nominasiyalarında “Stevie” mükafatına layiq görülüb.