Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Samsung C-Lab” şirkəti “Sgnl” saatları üçün barmağı qulağa yaxınlaşdırmaqla səsli rabitədən istifadəyə imkan verən “ağıllı” kəmərin ilkin sifarişlərinin qəbuluna başlayıb.

“Naked Science” resursuna istinadən xəbər verir ki, texnologiyanın əsasını bədənin vibrasiya keçiricilik qabiliyyəti və xüsusi audiosiqnal emalı alqoritmi təşkil edir. Kəmər və smartfon arasında məlumatların ötürülməsi “Bluetooth” ilə həyata keçirilir. Eni 24 millimetr təşkil edən kəmərdən həm klassik qol, həm də “ağıllı” saatlarda (Samsung Gear, Apple Watch və s.) və ya müstəqil istifadə etmək olar. Kəmərdə, həmçinin qoşma və söndürmə düyməsi, səs ucalığı tənzimləyiciləri “Narahat etmə” rejimi üçün düymə, işıq diodları yerləşir. Mikrofon, akselerometr ilə təchiz edilən məmulat qara, mavi və ağ rəngdə təqdim edilir.

Qurğunu enerji ilə tam doldurmaq üçün 1 saat tələb olunur. Enerji sərfiyyatı aktiv rejimdə 4 saat, passiv rejimdə 7 gün təşkil edir. Dəstə təmir üçün alət, “microUSB” kabeli və ehtiyat detallar daxildir. Bundan başqa, istifadəçilər üçün özündə orqanayzer, fitnes-treker və digər funksiyaları birləşdirən eyniadlı mobil əlavə nəzərdə tutulub. Kəmərin qiyməti komplektləşmədən asılı olaraq 129–399 dollar arasında dəyişir. Tədarüklərə 2017-ci ilin fevralından “DHL” və “FedEx” xidmətləri ilə başlamaq planlaşdırılır.