Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Əksər noutbuk və ya fərdi kompyuter istifadəçiləri hakerlərin veb-kamera üzərində nəzarəti gizli şəkildə ələ keçirməsindən ehtiyat edirlər. Kameraya müdaxilənin qarşısını almaq üçün ən sadə və effektiv üsul adi skotçdan istifadədir. Hətta “Facebook”un qurucusu Mark Zukerberq bu üsuldan istifadə edir.

“newsru.com” saytına istinadən xəbər verir ki, “Philips Monitors” brendi üzərində hüquqa malik “MMD” şirkəti bu problemin daha səmərəli həllini tapıb və “Philips 272B7QPTKEB” monitorunu təqdim edib. Yeni monitorun əsas özəlliyi təhlükəsiz veb-kameradır: lazım olduqda monitorun korpusundan irəliyə doğru gəlir, sonra yenidən ekranın çərçivəsinə tərəf çəkilir. Beləliklə, sistemə müdaxilə zamanı hakeri veb-kameradakı məlumatı ələ keçirmək imkanından məhrum edir.

Yeni monitor standart xüsusiyyətlərə malikdir. Qurğu piksellərin 2560x1440 piksel təsvir ölçülü 27 düymlük “IPS” matris, həmçinin “DisplayPort”, “HDMI” və “USB 3.0” konnektorları ilə təchiz olunub. Bundan başqa, model şleyf qoşulmanı dəstəkləyir: bir neçə monitoru “DisplayPort” vasitəsilə birləşdirmək mümkündür.