Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Bakcell” şirkəti 1 MB=1 qəpik kampaniyasının aktiv olduğu ölkələrin siyahısını genişləndirməkdə davam edir. Belə ki, İranın aparıcı telekommunikasiya şirkəti olan “MCI” ilə aparılan danışıqlar nəticəsində “Bakcell” abunəçiləri üçün 1 meqabayt internet = 1 qəpik təklifi qüvvəyə minib.

Şirkətdən bildirilib ki, artıq İranda səfərdə olan hər bir “Bakcell” abunəçisi “MCI” mobil operatorunun şəbəkəsinə qoşulduqda hər meqabayt üçün cəmi 1 qəpik ödəyərək yüksək sürətli mobil internetdən istifadə edə bilər. Bu təklifdən yararlanmaq üçün abunəçilər *125#1000#YES yığmaqla, rominq internet paketini aktivləşdirməlidirlər.

“Bakcell” abunəçiləri bu təklifdən dünyanın 21 ölkəsində yararlana bilirlər. Həmin ölkələrin siyahısına ABŞ, Almaniya, Böyük Britaniya, Niderland, İspaniya, İtaliya, Macarıstan, Çexiya, Rusiya, Türkiyə, İran, BƏƏ və digər ölkələr daxildir. Tam siyahı ilə http://www.bakcell.com/az/1000mb-in-roaming-cedvel keçidində tanış olmaq olar.

“Bakcell” getdikcə daha çox ölkədə abunəçilərinə ən sərfəli qiymətlə yüksək sürətli internet xidməti təklif etmək üçün rominq tərəfdaşları ilə danışıqlar aparmaqda davam edir. Bu danışıqlar, əsasən dünyanın lider telekommunikasiya şirkətləri olan “Vodafone”, “Megafon”, “AirTel” və “Etisalat” ilə aparılır.

Səfərdə olan “Bakcell” abunəçiləri “Bakcell Roaming” mobil tətbiqindən istifadə etməklə, bütün tərəfdaş rominq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rominq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, “Bakcell”ə onlayn əlaqə yaradaraq dəstək ala bilərlər. Bundan əlavə, abunəçilər bu tətbiq vasitəsilə öz nömrələrinin balansını asanlıqla artıra bilirlər. “Bakcell Roaming” mobil tətbiqi haqqında daha ətraflı məlumatı http://www.bakcell.com/az/bakcell-rouminq-app keçidindən almaq mümkündür.