Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər **** Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb ****
Qəzetin çap variantları
14-20 fevral 2019-cu il
6 (1054)
14-20 fevral 2019-cu il
6 (1054)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

"Doktor Veb" şirkətinin əməkdaşları yeni növ zərərli proqram təminatı aşkar ediblər. Bu proqram qurğuya qurulduqdan sonra “Google Play” tətbiqlər mağazasından pullu mobil proqramları cihaza quraşdırır. Beləliklə, istifadəçinin hesabından pul silinir.

“mail.ru” saytına istinadla xəbər verir ki, zərərli mobil proqram “Android.Slicer” adlanır. Bu tətbiq “Google Play”dan yüklənmir: ya kənar saytlardan, ya da troyanlar tərəfindən yüklənir. Zərərli proqram özünü guya smartfonun işini optimallaşdıran tətbiq kimi göstərir. Lazımsız tətbiqləri bağlayaraq qurğunun əməli yaddaşını təmizləməyi təklif edir.

Zərərli mobil proqram quraşdırmadan bir müddət sonra, həmçinin ekranın və ya “Wi-Fi”ın söndürülməsi və yandırılması zamanı smartfonun “IMEI” kodunu, “Wi-Fi” modulunun “MAC” ünvanını, əməliyyat sisteminin versiyasını və istehsalçının adını həmin tətbiqin serverinə göndərir. Zərərli proqram təminatı fərdi məlumatları göndərir, pullu tətbiqləri yükləyir, hətta sistemdə “root” girişi ələ keçirə bilər.