Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər **** Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb ****
Qəzetin çap variantları
14-20 fevral 2019-cu il
6 (1054)
14-20 fevral 2019-cu il
6 (1054)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“AR Designs Canada” şirkəti tərəfindən ağacdan qutu formasında hazırlanan enerji doldurma qurğusu smartfon və planşetləri kabelsiz enerji ilə şarj edir. Lakin qurğu elektromaqnetizm sayəsində cihazları öz səthindən bir neçə santimetr hündürlükdə havada saxlayır.

“osp.ru” saytına istinadla xəbər verir ki, enerji doldurma qurğusu 600 qram ağırlığında qurğunu öz səthindən hündürlüyə qaldıra bilər. Bu qurğu iki variantda (smartfon və planşetlər) üçün təklif edilir.

Çatdırma dəstinə enerji doldurma qurğusundan başqa, bir çox smartfon və planşet modellərini enerji ilə simsiz doldurmağa imkan verən futlyar daxildir. Futlyar “iOS” və “Android” sistemləri ilə işləyən qurğular üçün “Lightning” və ya micro-USB birləşdiricisi ilə təchiz edilir. “iPhone 5” və yuxarı modellər dəstəklənir, “Android” üçün futlyarlar isə “Samsung”, “LG”, “Sony” və “Huawei” şirkətlərinin aparatlarına uyğundur.