Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Təhlükəsizlik məsələləri üzrə ekspertlər "Windows 10 Anniversary Update" adlı ən yeni yeniləmə paketində ilk dəfə 1997-ci ildə təsvir edilmiş təhlükəli boşluq aşkar ediblər. Təhlükəsizlik sistemində boşluq sayəsində hakerlər istifadəçilərin məlumatlarına müdaxilə edə bilir.

“mail.ru”ya istinadla xəbər verir ki, fayl, printer və başqa şəbəkə resurslarına uzaq məsafədən giriş üçün tətbiq edilən "Server Message Block" ("SMB") şəbəkə protokolunda boşluq qeydə alınıb. Həmin boşluq hakerlərin sistemə müdaxilə etməsinə, "Microsoft" hesabı üçün loqin və parolu ələ keçirməsinə imkan verir. Əvvəllər bu boşluğa ciddi əhəmiyyət verilmirdi. Hazırda daha çox insan “Microsoft” hesabından istifadəyə əsaslanan məhsullardan istifadə edir.

Ekspertlər məlumat veriblər ki, “Chrome”, “Firefox” və digər populyar brauzerlər bu problemdən sığortalanıb.