Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən yaradılmış texnologiya heç bir əlavə qurğu istifadə etmədən çəkilmiş videodakı obyektlərin hərəkətini dəyişdirməyə imkan verir.

“hi-news.ru” saytına istinadla xəbər verir ki, yeni texnologiya vibrasiya olunan obyektlərin hərəkətinin ələ keçirilməsinə əsaslanır. Bu texnologiya institutun kompyuter texnologiyaları və süni intellekt sahəsində işləmələr üzrə məsul bölməsi olan “CSAIL”in (“Computer Science and Artificial Intelligence Laboratory”) alimləri tərəfindən hazırlanıb.

İnstitutun ixtirası çəkiliş zamanı obyektdən keçən vibrasiyanın təhlilinə əsaslanır. Çəkiliş üçün istənilən videokameradan istifadə etmək olar. Videofraqmentin təhlilinə bir neçə saniyə vaxt sərf olunur, bundan sonra çəkilmiş material əsasında yaradılmış interaktiv obyektləri bütün fiziki xüsusiyyətlərini saxlamaq şərti ilə dəyişdirmək mümkündür. Belə ki, kadrda hər hansı bir şəxsin əlini 2 metr uzatmaq mümkün olmasa da, amma yuxarı qaldırmaq, əymək və ya həmin şəxsi kadrdan asanlıqla silmək olar.

Yeniliyin yaradıcıları bu texnologiyanın film və videooyunlarda xüsusi effektlərin hazırlanmasında tətbiqini proqnozlaşdırırlar. İnstitutun alimləri, həmçinin yeni texnologiyanın virtual və artırılmış reallıqla birgə istifadə potensialını da qeyd ediblər.