Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Google” hesabda şübhəli aktivlik barədə real vaxt rejimində xəbərdarlıq edəcək.

“4pda.ru” saytına istinadla xəbər verir ki, mobil qurğu və kompyuterlərin təhlükəsizliyi yalnız istifadəçilər üçün deyil, həm də tərtibatçılar üçün baş ağrısıdır. "Google" şirkəti yeni bildiriş sistemi tətbiq edərək qurğu sahiblərinin hesablarını qorumaq üçün yeni cəhd göstərir. Bundan əvvəl tərtibatçılar istifadəçilərə hesabda şübhəli aktivlik barədə xəbərdarlığı elektron poçt vasitəsilə göndərirdilər, ancaq belə yanaşma mükəmməllikdən uzaqdır: hesaba müdaxilə etmiş haker asanlıqla "Gmail" poçt sisteminə də giriş edə bilər.

Yeni sistemin əsas özəlliyi ondan ibarətdir ki, istifadəçi öz hesabında baş verənlər barədə real vaxt rejimində xəbərdar olur. Kimsə başqa qurğu və ya başqa brauzerdən hesaba daxil olan kimi yeni bildiriş sistemi işə düşəcək. Tərtibatçılar tərəfindən keçirilmiş araşdırmaya əsasən, istifadəçilər "Push" xəbərdarlıqlara 4 dəfə daha çox diqqət yetirir.

"Google" şirkəti, həmçinin xatırladır ki, "Android" sistemi ilə işləyən qurğuların sahibləri "Recent Account Activity" funksiyası hesablarından xəbərsiz istifadə edilməsini öyrənə biləcək. Yaxın vaxtlarda həmin funksiyadan istifadə etmək mümkün olacaq.