Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Kaspersky Lab” şirkəti hazırladığı proqram təminatlarında boşluqların aşkarlanmasına yönəlmiş “bug bounty” proqramını elan edib.

Həmin təşəbbüs kənar tədqiqatçıların cəlb olunması və şirkətin həllərində əhəmiyyətli xətaların müəyyən edilməsi halında mükafatın ödənilməsini nəzərdə tutur. Bununla “Kaspersky Lab” öz həllərində daxili boşluqları aradan qaldırmaq istiqamətində işləməklə yanaşı, informasiya texnologiyaları sahəsində kənar ekspertlərlə qarşılıqlı əlaqələrin miqyasını və formatını genişləndirir. Bu təşəbbüsdə “Kaspersky Lab”ın tərəfdaşı qismində “bug bounty” proqramları üçün tanınmış beynəlxalq platforma olan “HackerOne” çıxış edir.

Avqustun 2-də start götürən proqramın birinci mərhələsi 6 ay davam edəcək. Bu müddət ərzində “Kaspersky Lab” fərdi və korporativ istifadəçilər üçün flaqman həllər sayılan “Kaspersky Internet Security” və biznes üçün “Kaspersky Endpoint Security” proqram təminatlarını yoxlanmaya təqdim edəcək. Ümumilikdə, şirkət boşluqları aşkarlayan tədqiqatçılara 50 min ABŞ dolları həcmində mükafat verməyi nəzərdə tutur. Birinci mərhələ yekunlaşdıqda “Kaspersky Lab” nəticələri təhlil edərək növbəti mərhələdə istifadə olunacaq əlavə məhsulları və sonrakı tədqiqatlar üçün nəzərdə tutulmuş ödənişləri müəyyən edəcək.

“Kaspersky Lab” şirkətinin “bug bounty” proqramı haqqında daha ətraflı məlumat https://hackerone.com/kaspersky saytında və şirkətin https://business.kaspersky.ru/bug-bounty/3966 ünvanlı bloqunda təqdim olunub.