Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Bakcell” şirkəti Yaxın Şərq bölgəsinin aparıcı telekommunikasiya operatoru olan “Etisalat” ilə yeni müqavilə imzalayıb.

Şirkətdən bildirilib ki, müqavilənin şərtlərinə əsasən, Birləşmiş Ərəb Əmirliklərinə səfər edən “Bakcell” abunəçiləri Türkiyə, Macarıstan, Almaniya, Böyük Britaniya və digər 19 ölkədə olduğu kimi, hər meqabayt üçün 1 qəpik ödəyərək, yüksəksürətli internetdən istifadə etmək imkanına malik olacaqlar. Bu təklifdən yararlanmaq üçün abunəçilər *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər.

“Hazırda abunəçilərimiz, ümumilikdə, 168 ölkədə 417 mobil operatorun şəbəkəsində rouminq xidmətindən istifadə edə bilirlər. “Bakcell” olaraq, biz bu siyahını genişləndirməklə yanaşı, abunəçilərimizin rabitə xidmətlərindən və yüksəksürətli internetdən daha ucuz və münasib tariflərlə istifadə edə bilməsinə imkan yaradan ən sərfəli təklifləri təmin etmək üçün mövcud rouminq tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Yeni imzaladığımız razılaşma bu istiqamətdə atdığımız daha bir addımdır”, - deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

Qeyd etmək lazımdır ki, xarici səfərdə olan abunəçilər “Bakcell Roaming” mobil tətbiqindən istifadə etməklə, bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, “Bakcell”ə onlayn əlaqə yaradaraq dəstək ala bilərlər. Bundan əlavə, bu tətbiq vasitəsilə nömrələrin balansını da asanlıqla artırmaq mümkündür.

“Bakcell Roaming” mobil tətbiqi haqqında ətraflı məlumatı http://www.bakcell.com/az/bakcell-rouminq-ap linkindən almaq olar.