Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Nar” operatoru “1 zona – 1 qiymət” sisteminə “Qonşu ölkələr” adlı yeni zona əlavə edib. Belə ki, bu zonaya Azərbaycana ən yaxın qonşu ölkələr – Gürcüstan, Rusiya, Türkiyə, İran və Qazaxıstan daxildir. Azərbaycan vətəndaşlarının bu ölkələrə daha çox səfər etdiklərini nəzərə alan “Nar”, müştərilərin rahatlığı üçün rouminq qiymətlərində 80 faizədək endirim edib.

Şirkətdən bildirilib ki, “Nar” operatorunun rouminq qiymətləri zonalara əsasən müəyyən olunur. Zona daxilində seçilən xarici mobil operatordan asılı olmayaraq, qiymətlər sabitdir. Bundan başqa, “Nar” nömrələrində rouminq xidmətini aktivləşdirmək üçün heç bir depozit balansa ehtiyac yoxdur. “Nar” nömrələrində bu xidmət, bir qayda olaraq, öncədən aktiv statusda olur.

Yeni zonalar, rouminq qiymətləri və rouminq xidmətindən istifadə haqqında ətraflı məlumatı nar.az saytından öyrənmək olar.