Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı, “Azercell”in dəstəyi ilə Qafqaz Universitetində “Böyük Həcmli Verilənlər Günü - Bakı 2016” (Big Data Day Baku 2016) beynəlxalq forumu keçirilib. "Böyük Həcmli Verilənlərin Böyük Biznes Dəyərə Çevrilməsi" şuarı altında keçirilən tədbirdə bu sahədə öz həlləri ilə tanınmış “IBM”, “Oracle”, “Microsoft”, o cümlədən “Azercell” və “ATL” yerli şirkətlərinin ekspertləri məruzələrlə çixiş ediblər.

“Azercell Telecom”dan bildirilib ki, tədbirin məqsədi cəmiyyətdə Böyük Həcmli Verilənlərin (Big Data) gətirdiyi yeni imkanlar və çətinliklər haqqında fikirləri daha da artırmaq, biznes, sənaye və dövlət orqanları ilə verilənlərin analizi texnologiyalarının inkişafına dair təcrübələri paylaşmaq, tələbələri və gənc tədqiqatçıları bu sahədə karyera qurmağa və Verilənlər Elmi (Data Science) sahəsində tədqiqat aparmağa həvəsləndirməkdir.

Tədbirdə maliyyə, enerji, telekom, marketinq sahələri üzrə çalışan şəxslər, sahibkarlar, tədqiqatçılar, dövlət nümayəndələri və tələbələr iştirak ediblər.