Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin saytına istinadən xəbər verir ki, görüşdə sərhədyanı ərazilərdə radio tezliklərin tənzimlənməsi, kibertəhlükəsizlik, peyk xidmətləri, mobil rabitə, poçt və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qonaqları salamlayan rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mahmud Vaezini Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün gördüyü işlərə görə Azərbaycanın yüksək dövlət mükafatı olan "Dostluq" ordeni ilə təltif olunmağı münasibəti ilə təbrik edib.

Nazir Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında rabitə və yüksək texnologiyalar sektorunun xüsusi rolunu qeyd edib.

Səmimi təbrikə görə minnətdarlığını ifadə edən Mahmud Vaezi ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yüksək potensialın olduğunu bildirib.

Görüş çərçivəsində müzakirə olunan məsələlərin icrası ilə bağlı müvafiq sənədin hazırlanması üçün birgə işçi qrupun yaradılması qərara alınıb.