Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Azercell Telekom” şirkətinin fakturasız xətt (Sim-Sim) abunəçiləri artıq öz nömrələrində “Asan İmza” mobil elektron imza xidmətini aktivləşdirə bilər. Bununla da həmin abunəçilər elektron xidmətlərin istifadəsində və sənədləri elektron şəkildə imzalamaq məqsədilə “Asan imza” xidmətinin təqdim etdiyi imkanlardan yararlana biləcək.

Şirkətdən bildirilib ki, bu yeniliyin tətbiqi fakturasız xətt abunəçilərinin rahatlığına xidmət edəcək. Belə ki, əvvəllər “Asan İmza”dan istifadə etmək üçün fakturasız xətt abunəçiləri mütləq qaydada fakturalı xətt nömrəsi əldə etmək və ya mövcud nömrəsini fakturalı xəttə keçirmək məcburiyyətində idilər, bu da “Asan İmza” xidmətinin istifadəçilər üçün əlçatan olmasında müəyyən çətinliklər yaradırdı. Artıq hər bir “Azercell” abunəçisi heç bir məhdudiyyət olmadan öz mobil nömrəsində “Asan İmza” mobil elektron imza xidmətini aktivləşdirə və bununla da ölkədə mövcud olan 500-dən artıq dövlət və özəl elektron xidmətlərindən asanlıqla istifadə edə bilər.

Ətraflı məlumatı www.asanimza.az və www.asxm.gov.az saytlarından əldə etmək olar.