Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Microsoft” şirkəti Azərbaycandakı istifadəçilərin yeni təqvim qaydalarına uyğunlaşmasına yardımçı olmaq məqsədilə yay vaxtına avtomatik keçidin qarşısını alacaq xüsusi təlimat və əlavə resurslar təqdim edir.

Şirkətdən bildirilib ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarının ləğv edilməsi barədə” Qərarına əsasən, martın 27-də ölkə ərazisində yay vaxtına keçilməyəcək. Bununla bağlı, “Microsoft” şirkəti ““Windows” əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmə”nin buraxılışı üzərində işə başlayıb. Sözügedən yenilənmə tezliklə istifadəçilərə təqdim olunacaq və hazırda şirkət tərəfindən dəstəklənən əməliyyat sistemləri üçün keçərli sayılacaq.

Proqram məhsullarının son versiyalarından yararlanan korporativ və fərdi istifadəçilərin martın 27-də qeyd olunan mərhələdən problemsiz keçidini təmin etmək məqsədilə “Microsoft” kompyuterlərdə müvafiq dəyişikliklərin fərdi şəkildə, avtomatik olmadan tənzimlənməsini tövsiyə edir. Bunun üçün təqdim olunan linkdəki ardıcıl təlimatdan istifadə etmək olar:

https://www.facebook.com/MS.Azerbaijan/posts/934269406641404 .