Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Azərbaycanda internetin sürətinin müştərilərə vəd ediləndən aşağı olması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətinə bir sıra müraciətlər daxil olub.

Bu barədə Dövlət Xidmətinin sədr müavini Araz Əliyev bildirib.

"Daxil olan müraciətlər araşdırılır. Araşdırma nəticəsində məlum olub ki, internetin sürətinin aşağı düşməsi bir sıra hallarda təsdiq olunub. Verilən internetin sürəti uyğundur, amma abonentə çatan sürət kifayət deyil. Araşdırma zamanı şikayətlərin təqribən yarısı xətlərdə nasazlıqla, cihazlarda siqnalla bağlı uyğunsuzluqla və ya mənzillərin özündə problemlərlə bağlı olub. Məsələ araşdırılıb və müvafiq tədbirlər görülüb”, - deyə A.Əliyev qeyd edib.