Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət prosedurunun sadələşdirilməsi, bu sahədə vaxt itkisinin qarşısının alınması və operativliyin təmin olması məqsədilə şuraya elektron qaydada müraciət etmək üçün nazirliyin saytında xüsusi bölmə yaradılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət” bölməsinin yaradılması ilə sahibkarların İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət etmək imkanları – birbaşa, poçt vasitəsilə və elektron olmaqla genişləndirilib.

Sahibkarlar bu bölməyə daxil olmaqla sahibkarlıq fəaliyyəti ilə bağlı şikayətlərini nazirliyin Apellyasiya Şurasına göndərə bilərlər. Elektron şikayətlər sistem tərəfindən dərhal qeydiyyata alınır və araşdırılması üçün nazirliyin Apellyasiya Şurasına təqdim olunur, qanunvericiliyə uyğun olaraq baxılır və nəticəsi barədə sahibkara məlumat verilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanına uyğun olaraq yaradılıb. İqtisadiyyat nazirinin müavininin rəhbərlik etdiyi Şuranın nazirliyin məsul əməkdaşlarından ibarət 7 üzvü var.