Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Azercell” Azərbaycanın qeyri-neft sektorunun ən iri vergi ödəyicisi kimi 2015-ci ildə dövlət büdcəsinə təqribən 123 milyon manat vergi ödəyib. Şirkətin ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 1,51 faiz təşkil edir.

Bu barədə “Azercell Telekom” MMC-nin icraçı direktoru Vahid Mürsəliyev fevralın 24-də 2015-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında məlumat verib.

O bildirib ki, il ərzində şirkət abunəçilərini yeni və əlverişli kampaniyalarla sevindirib. Bu kampaniyalar nəticəsində ötən il abunəçilərə verilmiş ümumi bonusların dəyəri 27 min AZN təşkil edib.

““Azercell” bu gün də Azərbaycanın lider mobil operatoru olmaqla, rabitə bazarının 48 faizinə nəzarət edir. Hazırda 4,5 milyon nəfər “Azercell”in təqdim etdiyi mobil xidmətləri seçir”, - deyən Vahid Mürsəliyev bildirib ki, yüksək sürətli mobil interneti hər kəs üçün əlçatan etməyi qarşısına məqsəd qoyan “Azercell” ötən il ərzində internet paketlərində 55 faizədək endirimlər edib. Bununla yanaşı, şirkət şəbəkəsindən ötürülən məlumatın həcmi 2014-cü illə müqayisədə 35 faiz artıb.

Şirkət 60 “Ön Masa” və “Azercell Ekspress” ofisləri, 414 rəsmi satış məntəqəsi ilə Azərbaycanda ən böyük müştəri xidmətləri və ən geniş satış şəbəkəsinə malikdir. “Azercell” texniki nailiyyətlərinə görə də öndədir. Hazırda şirkət regionda və ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan “Global Wireless Solutions” şirkətinin nəticələrinə əsasən, “Azercell” şəbəkəsi bir çox parametrlərə görə ölkənin mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. Eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə görə, Azərbaycanda ən keyfiyyətli və etibarlı mobil şəbəkə və ən sürətli Mobil İnternet siqnalı “Azercell” tərəfindən təmin olunur. Son il ərzində bu şirkət yalnız Bakı şəhəri boyu 3G şəbəkəsinin tutumunu 77 faiz, ölkə üzrə isə ümumilikdə şəbəkəsini 25 faiz gücləndirib. “Azercell” 2015-ci ildə ölkəmizdə keçirilən birinci Avropa Oyunları zamanı multioperator sisteminin təşkil etmiş əsas rabitə təminatçısı olub.

“Azercell” ölkənin qeyri-neft sektorunun ən böyük sərmayədarı olmaqda da davam edir. Şirkət 2015-ci il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 68 milyon manat vəsait yatırıb.

Bunlardan əlavə, ötən il “Azercell” korporativ abunəçiləri üçün yeni “Biznes” paketi təqdim olunub. 2015-ci ildə daha 447 şirkət “Azercell”i seçib. “SimSim“ abunəçiləri üçün “Azercell”in tarif paketi istifadəyə verilib, “Hədsiz” və “Gənc OL” tarif paketləri yenilənib. “GəncOl” paketinin istifadəçiləri üçün isə şəhərin müxtəlif restoran və dükanlarında, əyləncə və idman mərkəzlərində endirimlər təqdim olunub.

Müştəri xidmətlərinə müxtəlif səbəblərdən gəlmək imkanı olmayan abunəçilər üçün “Azercell” Azərbaycanda ilk dəfə olaraq unikal Mobil Müştəri Xidmətləri konsepsiyasını təqdim edib. Səyyar müştəri xidmətlərinin bölgələrə səfərləri zamanı ölkənin 15 rayonundan 7945 nömrəyə dair müştəri müraciəti yerində cavablandırılıb. Bakıda isə 700-dən çox abunəçiyə evdə və iş yerlərində xidmət göstərilib.

“Azercell Telekom”un 2016-cı ildə əsas məqsədləri ölkəni keyfiyyətli rabitə ilə təmin etmək, yüksək səviyyəli və peşəkar xidmət göstərmək, yeni texnologiyaları Azərbaycana gətirmək və Sürətli Mobil interneti hər kəs üçün əlçatan edərək, daim müştərilərin xidmətində olmaqdan ibarətdir.