Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən “585 - Daşınan şəhər telefon nömrəsi” xidməti sayəsində artıq ölkəmizin rayon və kəndlərində yaşayanlar Bakıdakı qohum-əqrəbaları ilə uzun-uzadı hər hansı bir limit olmadan telefonla danışa bilərlər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “585 - Daşınan şəhər telefon nömrəsi” adlanan xidmət bir çox üstünlüklərə malikdir. Belə ki, “585 - Daşınan şəhər telefon xidməti” çərçivəsində Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefon nömrələri artıq bölgələrdə də “585” indeksi ilə eyni statusla işləyir. Yəni 585 prefiksli nömrəsi olan rayon abunəçiləri Naxçıvan MR istisna olmaqla şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə limitsiz danışıqlar apara bilər.

Belə nömrələrdən istifadə edən abunəçilər adi qaydada internet şəbəkəsinə də qoşularaq internet və televiziya (İPTV və ya WebTV) xidmətlərindən yararlana bilərlər. Qeyd edək ki, 585 prefiksli bütün nömrələrdən mobil şəbəkələr və beynəlxalq istiqamətlər üzrə xidmətlər isə ödənişlidir.

Bu telefon nömrələrini əldə etmək üçün əvvəlcə “585” prefiksli telefon çəkilişi həyata keçirmək lazımdır. Bunun üçün yaşadığınız və qeydiyyatda olduğunuz ərazinin Telekommunikasiya Qovşağına müraciət etməlisiniz. Telefonun çəkiliş haqqı 30 manatdır. Ayda 15 manat abunə haqqı ödəməklə bu telefonların limitsiz danışıq xidmətindən istifadə etmək mümkündür.

Məlumat üçün bildirək ki, Tarif Şurasının mövcud qərarına görə, hazırda digər indekslə başlayan şəhər nömrələri üzrə telefondan istifadəyə görə aylıq tarif 2.5 manat, bir dəqiqəlik şəhərlərarası danışıq tarifi isə 0.05 manat təşkil edir.

“Aztelekom” MMC-nin şəbəkəsində 2015-ci ilin mart ayından istifadəyə verilən “585” prefiksi telefon rabitə xidmətindən hazırda 42 rayon Telekommunikasiya Qovşağının xidməti ərazisində istifadə edilir. Digər rayonların Telekommunikasiya Qovşağının Mərkəzi stansiyalarında “585” prefiksinin tanıtdırılması ilə bağlı iş aparılır. Hazırda xidmətdən 1030 abunəçi yararlanır.

Bu xidmətin yaradılmasında məqsəd respublikanın bütün bölgələrində yaşayan hər bir vətəndaşın rahatlığını təmin etməkdir.