Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Bakcell” şirkəti növbəti “İkiqat balans” kampaniyasına start verib.

Fevralın 2-dən etibarən bu kampaniya çərçivəsində bütün CIN abunəçiləri nömrələrinin balansını ikiqat artırmaq imkanı əldə edəcəklər. İkiqat bonusu əldə etmək üçün abunəçi *525#YES kodunu yığmalıdır.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, bonus təklifi hər bir abunəçinin fərdi sərfiyyatına uyğun olaraq təqdim edilir və nömrənin balansının müəyyən hissəsini ikiqat artırmağa imkan verir. Bu təklifdən faydalanmaq istəyən abunəçilər *525#YES kodunu yığmaqla balansın hansı hissəsinin ikiqat artırılma imkanına malik olduğunu öyrəndikdən sonra asanlıqla bu bonusu ala bilərlər.

“Bakcell” şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib ki, bu, Bakcell abunəçiləri üçün aylıq xərclərin optimallaşdırılması və ödədikləri məbləğ müqabilində daha çox dəyər əldə etmələri üçün fantastik həldir.

Əldə edilən bonuslar ölkədaxili bütün istiqamətlərdə danışıqlara, eləcə də SMS və MMS yollanması üçün istifadə edilə bilər.

Abunəçi *100#YES kodunu yığmaqla, bonus balansını yoxlaya bilər. Alınan ikiqat məbləğ qoşulmadan sonra 7 gün ərzində istifadə oluna bilər. Bu kampaniya çərçivəsində məbləğin ikiqat artırılmasını bir neçə dəfə etmək mümkündür.