Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclasında Fondun elan etdiyi 3-cü qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

RYTN-dən AZƏRTAC-a bildirilib ki, nazir müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2015-ci il ərzində fəaliyyəti barədə məlumat verilib və 2016-cı il üzrə nəzərdə tutulan işlərin müzakirəsi aparılıb.

İclasda üçüncü qrant müsabiqəsi çərçivəsində Fonda təqdim olunan 138 layihədən 103 layihə ilkin ekspertizadan, 42 layihə isə kompleks ekspertizadan keçərək Müşahidə Şurasına baxılması üçün təqdim edilib. Müşahidə Şurası 13 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.

Qeyd edək ki, Fondun Müşahidə Şurasının qərarı ilə 13 layihəyə ümumilikdə 168 000 AZN qrant vəsaiti ayrılıb.

Məlumat verilib ki, fondun elan etdiyi 1-ci qrant müsabiqəsində qalib olmuş 25 layihənin icrası başa çatdırılıb. Bunlardan 12 layihə kommersiyalaşdırılıb və biznes kimi inkişaf etmək perspektivi qazanıb. İkinci qrant müsabiqəsində isə qalib olmuş 23 layihənin icrası davam edir.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, startap layihələrini dəstəkləmək, həmçinin kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərməkdən ibarətdir.