Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Nar” mobil operatoru daha bir innovativ tətbiqi öz abunəçilərinin istifadəsinə verib. “Nar Walk” tətbiqi vasitəsilə insanlar gəzdikləri məsafəyə görə xallar toplaya bilirlər və bunun əsasında hədiyyələr qazanırlar. Xallar “nar dənələri” (ND) kimi qeyd olunur və qət edilən hər 100 metr məsafəyə görə istifadəçiyə 1 ND təqdim olunur.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, ND toplayan istifadəçilər arasında müsabiqə keçiriləcək. Yanvar ayının sonunadək ən çox ND toplamış ilk 3 istifadəçiyə müvafiq olaraq “Jawbone UP2”, “iPod Shuffle” və “Energy” akkumulyatoru hədiyyə ediləcək.

İstifadəçilər öz “Facebook” hesablarını da tətbiqə əlavə edərək, dostlarının fəaliyyəti – onların nə qədər gəzərək məsafə qət etmələri, neçə xal toplamaları və s. barədə məlumatı görə bilərlər.

Tətbiqi yükləmək və müsabiqəyə qoşulmaq ödənişsizdir. İstifadəçilər “Nar Walk” tətbiqini yükləmək üçün www.narwalk.com internet səhifəsinə daxil ola bilərlər. Ətraflı məlumat üçün “Nar” operatorunun rəsmi “Facebook”, “Twitter” və “Instagram” səhifələrinə, o cümlədən 777 çağrı mərkəzinə müraciət edilməlidir.