Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Azərbaycanın mobil operatoru “Bakcell” Yeni ildə xüsusi kampaniya keçirəcək.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində abunəçilər eyni qiymətə, yəni gündə 20 qəpik ödəməklə əldə etdikləri 50 meqabayt (MB) internet trafikinə əlavə olaraq 50 MB bonus qazanacaqlar (50MB + 50MB). 50 MB bonus gün ərzində, səhər saat 6-dan axşam saat 18-dək etibarlıdır. Kampaniya davam etdiyi müddətdə 50 MB gündəlik təkrarlanan internet paketini aktivləşdirən yeni abunəçilər də 50MB+50MB bonus internet trafikini əldə edə biləcəklər.

Gündəlik 50MB internet paketinin qiyməti dəyişməz olaraq qalacaq, lakin abunəçilər öz mobil telefonlarında musiqi yükləmək, onlayn video izləmək, şəkil yükləyib paylaşmaq və elektron məktublar göndərmək, ”Facebook”, “Whatsapp” və sevdikləri digər xidmətlərdən faydalanmaq üçün ikiqat həcmdə internet trafiki əldə edəcəklər.

“Abunəçilərimizin xahişlərini nəzərə alaraq və onların Yeni ildə mobil internet xidmətlərinə artan tələbatlarını təmin etmək üçün biz onlara daha çox mobil internet trafikini təklif etdik. Ümid edirik ki, gündəlik 100MB (50MB+50MB) internet paketi müştərilərimizin bayram əhval-ruhiyyəsini artıracaq”, - deyə “Bakcell”in baş marketinq direktoru Mariya Toyçeva deyib.

Qeyd edək ki, Yeni il münasibəti ilə şirkət bu yaxınlarda limitsiz şəbəkədaxili danışıq imkanı verən başqa bir kampaniyaya start verib. Həmin kampaniya çərçivəsində “Bakcell” abunəçiləri gündəlik 59 qəpik ödəməklə limitsiz şəbəkədaxili danışıq imkanı əldə edirlər.