Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Azərbaycanın mobil operatoru “Azerell Telekom”un “Gənc OL” tarif paketinə qoşulan abunəçilərə 50 faizədək endirim təklif edir.

Şirkətdən bildirilib ki, bu tarif çərçivəsində güzəştlər və sərfəli danışıqlarla yanaşı, müxtəlif mağaza və əyləncə mərkəzlərindən endirimlər təqdim edilir. Bu endirimlərdən yararlanmaq üçün abunəçi 7070 qısa nömrəsinə SMS göndərə, və ya www.gencol.az portalına daxil olub, orda qeydiyyatdan keçməlidir.

Tarif paketinə qoşulmaq üçün isə SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər. Bu paketə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilərlər. Belə ki, ayda 5 manat ödəyib “GəncOL5” tarif paketinə qoşulmaqla hər kəs “Gənc OL” abunəçiləri arasında hər ay 2 geqabayt (GB) internet, 200 dəqiqə, 200 SMS-dən yararlanmaq imkanı qazanır. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra “Gənc OL” abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, digər abunələrlə ölkədaxili 5 qəpiyə danışacaqlar. “Gənc OL” 8 paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçilər öz aralarında 4 GB mobil internet, 400 dəqiqə tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır.

Qeyd edək ki, bütün “Azercell” abunəçiləri “Genc OL” portalına mobil telefon üzərindən pulsuz daxil ola bilirlər.