Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

Bu ilin üçüncü rübü ərzində Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 10,451 sertifikat verilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunlardan 5237-si “şəxsi”, 4949-u “iş”, 265-i isə “dövlət və bələdiyyə” sertifikatları olub.

Ümumilikdə isə oktyabrın 1-dək verilən “Asan imza” sertifikatlarının sayı 179, 011 ədəd təşkil edib. Bunlardan 87,879-u “şəxsi”, 83,898-i “iş”, 7234-ü isə “dövlət və bələdiyyə” sertifikatları olub.

“Asan imza” (Mobil ID) - elektron xidmətləri həyata keçirən istifadəçinin mobil telefon vasitəsilə audentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən olunmasını təmin edən xidmətdir.

“Asan imza” mobil elektron imza texnologiyasının əsas üstünlükləri bundadır ki, ondan istifadə etməklə smart-kartın oxunması və proqram təminatı üçün əlavə qurğulara ehtiyac qalmır. Bu xidmətin istifadəsi üçün autentifikasiya və elektron imzanın rəqəmsal açarlarının saxlanıldığı SİM kartı olan mobil telefon kifayətdir.

Ölkə qanunvericiliyinə əsasən, “Asan imza” ilə imzalanan sənədlər əl ilə edilmiş imzaya bərabər tutulur. İdentifikasiya və rəqəmsal imzalama yüksək səviyyəli texnologiya və müvafiq PIN-kodlar vasitəsilə qorunur.