Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Azərkosmos” ASC tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafıya İnstitutunda keçirilən seminar çərçivəsində birgə əməkdaşlıq haqqında razılıq əldə olunub.

Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ASC-nin əməkdaşı Elman Ələskərov “Azərbaycanda Yerin kosmik müşahidə fəaliyyəti” mövzusunda təqdimatla çıxış edib. Təqdimat yerin məsafədən müşahidənin fiziki əsasları, prinsipləri və tətbiq sahələrinə həsr olunub.

Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, təqdimat zamanı “Azərkosmos”un əməkdaşları tərəfindən yerinə yetirilmiş bir neçə layihənin, o cümlədən Hirkan Milli Parkında bitki örtüyünün monitorinqi, Hacıqabul gölünün arealının mövsümü və illər üzrə dəyişmə dinamikası, Kür ovalığında səhralaşma dərəcəsinin qiymətləndirilməsi nəticələri barədə məlumat verilib. Bundan əlavə, seminar zamanı peyk təsvirlərinin digər sahələrdə tətbiq imkanları o, cümlədən ekoloji problemlərin həllində, təbii ehtiyatların istismarında, fövqəladə hallar zamanı istifadəsi müzakirə olunub.

Sonda iki təşkilat arasında birgə əməkdaşlıq haqqında razılıq əldə olunub.