Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
İKT

“Azercell Telekom” MMC Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən növbəti dəfə mükafata layiq görülüb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində həyata keçirilən iki təşəbbüs AmCham seçim komitəsi tərəfindən daha çox səs toplayaraq qiymətləndirilib.

Müsabiqəyə təqdim olunan KSM layihələri arasında Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti “İqtisadi güc” nominasiyası üzrə ikinci yeri tutub. “Mədəniyyət” nominasiyası üzrə “Azercell Telekom” MMC-nin Uşaq Paralimpiya Komitəsinə dəstəyi isə xüsusi diqqətə layiq görülüb.

“Azercell”-in nəzdində yaradılan və artıq bir çox uğurlara imza atan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi istedadlı gənclərin üzə çıxarılması və onların təşəbbüslərinin dəstəklənməsi, Azərbaycanda texnoloji innovasiyaların artması istiqamətində xeyli iş görüb. İndiyədək Barama Mərkəzində onlarla layihə reallaşdırılıb, bəzi gənclər isə artıq öz bizneslərini qurublar.

“Azercell” Azərbaycanda fəaliyyət göstərdiyi 18 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi naminə çalışıb. Şirkətin həyata keçirdiyi növbəti layihə Azərbaycan Milli Paralimpiya Komitəsində məşğul olan uşaqların cəmiyyətə inteqrasiyası, yeni qələbələrə həvəslənməsi üçün böyük stimuldur.